Azərbaycanın sənaye zonalarında ixracın həcmi 2,7 dəfə artıb

Azərbaycanın sənaye zonalarında ixracın həcmi 2,7 dəfə artıb
# 27 yanvar 2022 16:31 (UTC +04:00)

2021-ci ilin sonuna Azərbaycanın sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 959,3 mln. manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, ötən il sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı 20,8%-ə çatıb ki, bu da 2020-ci il (11,4%) və 2019-cu il (9,6%) ilə müqayisədə daha yüksək göstəricidir.

“Qeyri-neft sənaye ixracında həmin göstərici 30,8% təşkil edir”, - M. Cabbarov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR