"Azexport" portalına daxil olan ixrac sifarişləri iyunda 36% azalıb

"Azexport" portalına daxil olan ixrac sifarişləri iyunda 36% azalıb
# 01 avqust 2022 12:19 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azexport.az portalına 248,4 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 mln. dollar və ya 5% artıb.

İyunda Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 33,4 mln. dollar təşkil edib ki, bu da may ayının göstəricisindən 36,1% azdır.
2022-ci ilin iyun ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində tibbi zəli, tibbi tənzif, qara çay, pambıq yağı, boya, alkaqolsuz (energetik) içkilər, meyvə kompotu, sement (tikinti materialı), konservləşdirilmiş tomat, günəbaxan yağı və s. məhsullar üstünlük təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 iyun tarixinə kimi (66 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,08 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR