Bakı şəhəri üzrə bu ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,8% artaraq 979 manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayının sonuna paytaxtda orta aylıq nominal əməkhaqqı 974,7 manat olub.