Bu il Azərbaycan Gürcüstanın ən çox avtomobil ixrac etdiyi ölkə olub

Bu il Azərbaycan Gürcüstanın ən çox avtomobil ixrac etdiyi ölkə olub
# 27 mart 2023 17:12 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycana 62,1 milyon ABŞ dolları dəyərində 4 820 ədəd avtomobil ixrac edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Qeyd olunub ki, idxal edilən avtomobillərin dəyəri əvvəlki illə müqayisədə 53% çoxdur.

Hesabata görə, yanvar-fevral ayları ərzində Azərbaycana ixrac edilmiş avtomobillərin orta qiyməti (OQ) 12,9 min dollar təşkil edib.

Yanvar-fevral ayları ərzində Azərbaycan Gürcüstanın ən çox avtomobil ixrac etdiyi ölkə olub.

Hesabata əsasən, yanvar-fevral ayları ərzində Gürcüstan Qazaxstana 51,5 milyon dollar dəyərində 2 589 ədəd (OQ -19,9 min dollar), Ermənistana 50,2 milyon dollar dəyərində 2 834 ədəd (OQ - 17,7 min dollar), Qırğızıstana 43,2 mmilyon dollar dəyərində 1 338 ədəd (OQ - 32,3 min dollar), Rusiyaya 13,5 milyon dollar dəyərində 978 ədəd (OQ - 13,8 min dollaar) avtomobil ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR