Cənub Qaz Dəhlizinə əlavə maliyyə resurslarının cəlb edilməsinə baxıla bilər

Cənub Qaz Dəhlizinə əlavə maliyyə resurslarının cəlb edilməsinə baxıla bilər
# 23 iyun 2022 13:16 (UTC +04:00)

Cənub Qaz Dəhlizi layihəsinə əlavə maliyyə resurslarının cəlb edilməsinə ehtiyac yarandığı təqdirdə, hökumət tərəfindən bu məsələyə baxıla bilər.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan hökumətinin maraqlarını eyni adlı şirkət (Cənub Qaz Dəhlizi) təmsil edir.

"Həmin şirkətdə həm Azərbaycan hökumətinin, həm də SOCAR-ın payı var. Azərbaycan hökumətini bu layihədə İqtisadiyyat Nazirliyi təmsil edir. İlk olaraq Cənub Qaz Dəhlizi layihəsi həyata keçirildikdə bildiyiniz kimi, dövlət bu layihəyə vəsait ayırmamışdı. Həmin şirkət tərəfindən bu maliyyələşmə cəlb edildi. Onu da qeyd edim ki, dövlət hər zaman bu şirkətin yanında olub və o zaman dövlət tərəfindən zəmanət də verilmişdi. Bu zəmanətlər əsasında həmin şirkət tərəfindən həm beynəlxalq məliyyə bazarlarında istiqrazlar buraxıldı, eyni zamanda, bir çox maliyyə təşkilatlarından (Asiya İnfrastruktur İnkişaf Bankı, Avropa İnkişaf Bankı, Dünya Bankı) maliyyə resursları cəlb edilmişdi. Yəqin ki, hər hansı ehtiyac yaranarsa, ilk növbədə həmin şirkətin Müşahidə Şurasında bu məsələyə baxılacaq. Dövlətin dəstəyinə ehtiyac olarsa, mən güman edirəm ki, belə bir uğurlu şirkət üçün belə bir dəstəyə ehtiyac yaranmayacaq. Amma elə bir ehtiyac yaranarsa, yəqin ki, hökumət tərəfindən bu məsələyə baxila bilər", - Samir Şərifov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR