KOBİA: Dövlət kiçik və orta biznes subyektlərinin araşdırmalarına maliyyə dəstəyi verəcək

KOBİA: Dövlət kiçik və orta biznes subyektlərinin araşdırmalarına maliyyə dəstəyi verəcək
# 13 iyun 2019 13:55 (UTC +04:00)

Dövlət kiçik və orta biznes subyektləri tərəfindən aparılacaq araşdırmalara maliyyə dəstəyi verəcək.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müavini Mehman Abbas deyib.

Onun sözlərinə görə, yeni daxili bazar araşdırmalarına dövlət dəstəyi forması ölkə başçısı tərəfindən təsdiqlənib.

"Kiçik və orta biznes subyektləri bu sahədə araşdırma apardıqda meyardan asılı olaraq, həmin araşdırmanın xərcinin müəyyən hissəsi dövlət tərəfindən qrant şəkilində ödəniləcək", - deyə M. Abbas qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR