“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi hazırlanıb

Milli Məclis

© APA | Milli Məclis

# 29 sentyabr 2022 12:00 (UTC +04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə yeni qanun layihəsi daxil olub.

APA xəbər verir ki, komitənin bu gün keçirilən iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Qanun layihəsi 5 fəsil və 15 maddədən ibarətdir.

Qanun layihəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtlərini, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin növlərini və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edir.

Qeyd edək ki, qanun layihəsi həm də Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planına da daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR