Natiq Həsənov: “Kiçik və orta sahibkarlığın  dəstəklənməsinə vahid yanaşma ortaya qoyulacaq”

Natiq Həsənov: “Kiçik və orta sahibkarlığın  dəstəklənməsinə vahid yanaşma ortaya qoyulacaq”
# 29 sentyabr 2022 12:44 (UTC +04:00)

“İndiyə qədər “Dövlət satınalmaları haqqında” qanunda kiçik və orta sahibkarlığa yönəlik dəstək maddələri təsbit olunsa da, yeni qanun layihəsi bu sahəni daha da tənzimləyəcək”.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin müzakirəsi zamanı KOBİA İdarə Heyətinin birinci müavini Natiq Həsənov bildirib.

Natiq Həsənov deyib ki, mikro, kiçik və orta sahibkarlıq həssas qruplardan olduğu üçün dövlət qurumlarının əlaqələndirilməsi yeni qanunda ayrıca müddəa kimi təsbit olunub: "Bununla bağlı koordinasiya qrupu da yaradılacaq. Tənzimləmə alətləri olaraq vahid datanın, reyestrin yaradılması nəzərdə tutulur. Reyestr mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət növündən asılı olaraq meyarına görə mikro, kiçik, orta olmasını təsbit edəcək və məlumatları bir mənbədən əldə etməyə imkan verəcək. Digər tənzimləmə aləti olaraq səmərəlilik və dəstək qiymətləndiriləcək. Oxşar müddəa 2022-2026-cı illəri əhatə edən strategiyada da öz əksini tapıb. Eyni zamanda əlavə dəstək üçün qanunda prioritet sahələr də müəyyən ediləcək və siyahısı təsdiq olunacaq. Bu qanun qəbul olunarsa, kiçik və orta sahibkarlığın dəstəklənməsinə vahid yanaşma ortaya qoyulacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR