Nazir müavini: Azərbaycan "açıq qapı" siyasətini icra edir

Nazir müavini: Azərbaycan "açıq qapı" siyasətini icra edir
# 13 fevral 2023 12:09 (UTC +04:00)

Azərbaycan "açıq qapı" siyasətini icra edir. Yəni, Azərbaycanın birbaşa xarici investisiyalar cəlb olunması ilə bağlı qapıları açıqdır.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

"Həm yerli, həm də xarici biznes təşəbbüsləri ortaya qoyur. Onlar bərabər imkanlardan istifadə edir. Ona görə də, əlbəttə xarici investorların hüquqlarının qorunması qanunvericilik tərəfindən qorunur. Bizim investisiya ilə bağlı olan fürsətlərimiz genişdir. Bu fürsətdən istifadə edərək əlbəttə ki, İsrail biznes dairələrindən olan nümayəndələrə çağırış edirəm ki, onlar Azərbaycana investisiya qoysunlar. Xüsusilə də, azad olunmuş ərazilərə, Qarabağa. Biz də İqtisadiyyat Nazirliyi olaraq sizinlə görüşməyə və lazım olan məlumatı verməyə hər zaman hazırıq", - deyə Sahib Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR