Qəbələdə bir neçə faydalı qazıntı yatağı hərracla istifadəyə verilib

Qəbələdə bir neçə faydalı qazıntı yatağı hərracla istifadəyə verilib
# 19 yanvar 2022 12:50 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, təşkil olunmuş növbəti hərracda Qəbələ rayonunda yerləşən “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” və “Xırxatala” qum-çınqıl yataqlarının müvafiq olaraq 5, 10,5, 5 və 8 hektar sahəsi istifadəyə verilib.

Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı ötən ildən keçirilməyə başlayan hərraclarda 33 faydalı qazıntı yatağı istismara verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR