Tütün məmulatlarının istehsalında yerli xammaldan istifadəyə dair tələb qoyulacaq

Tütün məmulatlarının istehsalında yerli xammaldan istifadəyə dair tələb qoyulacaq
# 07 fevral 2023 17:29 (UTC +04:00)

Ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblər müəyyənləşdiriləcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” sərəncamda əksini tapıb.

Nazirlər Kabineti altı ay müddətində İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR