"Qazprom" "Türk axını" ilə qazın nəqlinə hazırlaşır

"Qazprom" "Türk axını" ilə qazın nəqlinə hazırlaşır
# 26 dekabr 2019 16:48 (UTC +04:00)

"Türk axını" boru kəməri ilə Rusiya qazının tədarükünə bir neçə gündən sonra başlanılacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib.

Onun sözlərinə görə, "Türk Axını"nın təntənəli açılış mərasimi 2020-ci ilin yanvarın 8-də İstanbulda Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə keçiriləcək.

"Bir neçə gündən sonra biz "Türk axını" sualtı kəməri ilə qazın nəqlinə başlayacağıq", - deyə A. Miller qeyd edib.

Qeyd edək ki, "Türk axını" Rusiyadan Qara dəniz vasitəsilə Türkiyəyə və Türkiyənin qonşu ölkələrlə sərhədinədək uzanacaq qaz kəməri layihəsidir. Kəmərin birinci xətti Türkiyə bazarının, ikinci xətti də Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulub. Hər xəttin nəql gücü ildə 15,75 mlrd. kubmetrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR