ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın neft ehtiyatları azalıb
  • Clock-gray 09:32
  • calendar-gray 16 Yanvar 2020

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 2,55 mln. barel azalaraq 428,5 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,47 mln. barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Emil İsmayılov

Digər xəbərlər