ABŞ-ın neft ehtiyatları yenidən artıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları yenidən artıb - PROQNOZ
# 22 iyul 2020 10:03 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (13-17 iyul) yenidən artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 7,54 mln. barel artaraq 538,11 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 1,9 mln. barel azalacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR