Avropada qazın qiyməti 21 aylıq maksimuma çatıb

Avropada qazın qiyməti 21 aylıq maksimuma çatıb
# 14 dekabr 2020 11:24 (UTC +04:00)

Niderlandın TTF mərkəzindəki bazar ertəsi günü çatdırılma şərti ilə qazın spot qiyməti 1 min kubmetrə görə 199,7 dollara yüksəlib. Bu, son 21 ayda ən yüksək göstəricidir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2020-ci ilin dekabrından Avropa yeraltı anbarlardakı qaz ehtiyatlarını aktiv şəkildə istifadə edir.

Məlumata görə, dekabrın ilk 12 günündə istifadə edilən qaz həcminin dinamikası onu göstərir ki, ayın sonunadək anbarlardan 20 mlrd. kubmetrədək qaz çıxarıla bilər. Bu da 2017-ci ilin yanvar ayında qeydə alınan rekorddan (24 mlrd. kubmetr) sonra tarixdə ikinci nəticə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR