Avropada təbii qazın qiyməti yeni maksimuma yüksəlib

Avropada təbii qazın qiyməti yeni maksimuma yüksəlib
# 13 yanvar 2021 16:46 (UTC +04:00)

Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın qiyməti artmağa davam edir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, çərşənbə günü qazın qiyməti 1 min kubmetrə görə 337,9 ABŞ dollarınadək yüksəlib, bu da 2018-ci ilin sentyabr ayında qeydə alınan göstərici səviyyəsindədir.

Məlumata görə, Avropa ölkələri yeraltı anbarlardakı qaz ehtiyatlarını aktiv şəkildə istifadə edir. Həftənin birinci günü Avropada yerləşən yeraltı qaz anbarlarının dolum səviyyəsi 65,75%, halbuki ayın əvvəlində bu göstərici 74% təşkil edirdi.

Qeyd olunur ki, pandemiya fonunda 2020-ci ildə Avropada qaz qiymətləri təxminən üç dəfə azalıb və may ayında 40 dollardan aşağı enib. Buna baxmayaraq, payızda kotirovkalar böhrandan əvvəlki səviyyəyə qayıtdı, dekabr ayında isə qiymət 200 dolları keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR