"Azeri Light" nefti həftə ərzində 4% ucuzlaşıb

"Azeri Light" nefti həftə ərzində 4% ucuzlaşıb
# 27 mart 2021 11:50 (UTC +04:00)

Bu həftə ərzində (22-26 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,99 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,76 dollar və ya 5,63% azdır.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 64,01 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 61,31 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 2,7 dollar və ya 4,4% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR