Azərbaycan alimləri təkdivarlı karbon nanoborularının alınmasında yüksək nəticələr əldə ediblər

Azərbaycan alimləri təkdivarlı karbon nanoborularının alınmasında yüksək nəticələr əldə ediblər
# 20 dekabr 2019 17:32 (UTC +04:00)

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən təkdivarlı karbon nanoborularının alınmasında yüksək nəticələr əldə olunub.

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, əldə olunan nailiyyətin gələn ildən etibarən elektronikada tətbiqi nəzərdə tutulub.

"Əgər əvvəllər çoxdivarlı nanoborular əldə edə bilirdiksə, hazırda təkdivarlı karbon nanoborular əldə etməyə başlamışıq, hansılar ki, inteqral proseslərə daha həssasdır. Gələn ildən etibarən sözügedən karbon borularının bir sıra layihələrdə tətbiqi gözlənilir ki, bu işlərə peşəkar bioloqlardan ibarət komanda cəlb olunacaq. Məsələn, təkdivarlı nanoboruların bioloji aktiv birləşmələrinin təyin edilməsi üçün DNT sensorlardan istifadə olunacaq. Bu, səhiyyə sahəsi üçün olduqca vacib bir məsələdir", - deyə Mərkəzdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR