Azərbaycan bu il magistral kəmərlərlə 9 mln. tona yaxın neft ixrac edib

Azərbaycan bu il magistral kəmərlərlə 9 mln. tona yaxın neft ixrac edib
# 16 aprel 2021 12:23 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 8 950,7 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 76,8%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 6 877,5 min ton neft ötürülüb. Bu ötən ilin eyni göstəricisindən 9,8% azdır .

Dövr ərzində BTC kəməri ilə 858,3 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin eyni göstəricisindən 22,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR