Azərbaycan geyim istehsalını artırıb - CƏDVƏL

Azərbaycan geyim istehsalını artırıb - CƏDVƏL
# 21 may 2020 16:30 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 152,1 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə toxuculuq sənayesində 1,2%, geyim istehsalında 3,6% artım, dəri və dəridən məmulatlarının, ayaqqabıların istehsalında isə 54,1% azalma müşahidə olunub.

Bu ilin ilk dörd ayında 32 763,5 ton pambıq lifi və 10 355,5 min kv.m hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 9,7% az və 64,6% çoxdur. Bundan əlavə hesabat dövründə 527,8 kv.m xalça və xalça məmulatları istehsal olunub ki, bu da illik müqayisədə 45,1% azalma deməkdir.

Geyim məhsullarının buraxılışı:

Geyim məhsulları

2020-ci ilin yanvar-aprel aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq aylarına nisbətən, %

Üst geyim, min ədəd

53,5

51,2

Alt geyim, min ədəd

120,1

56,7

Digər trikotaj məmulatları, min ədəd

18,8

2,4 dəfə

Corab məmulatları, min cüt

1 108,8

141,5

Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri, min ədəd

129,5

84,8

Qadın və ya qızlar üçün kostyum və komplektlər, ədəd

140,4

12,7

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR