Azərbaycan kimya sənayesi məhsullarının ixracını 88% artırıb

Azərbaycan kimya sənayesi məhsullarının ixracını 88% artırıb
# 15 aprel 2020 13:00 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 141 941,59 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 88,1% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsullarının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12,5% artaraq 19 829,88 min dollar təşkil edib.

Bundan əlavə, bu ilin üç ayında Azərbaycan 46 382,53 min dollar dəyərində 58 950,22 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2019-cu ilin yanvar-mart üzrə göstəricisi ilə müqayisədə müvafiq olaraq 4,1% az və 10,1% çoxdur.

Xatırladaq ki, Azərbaycan ötən il 536 901,95 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da 2018-ci il ilə müqayisədə 2 dəfə çoxdur. 2019-cu ildə ölkə 179 401,97 min dollar dəyərində 246 442,22 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 51,3% və 54,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR