Azərbaycan martda gündəlik 763,9 min barel neft hasil edib

Azərbaycan martda gündəlik 763,9 min barel neft hasil edib
# 08 aprel 2020 17:35 (UTC +04:00)

Bu ilin mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barel olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunun 683,7 min barelini xam neft, 80,2 min barelini kondensat təşkil edib. "Gündəlik 418,9 min barel xam neft, 76,2 min barel kondensat, 15,5 min barel neft məhsulları ixrac edilib", - məlumatda qeyd edilir. Xatırladaq ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş Razılaşma çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR