Azərbaycan əmtəəlik qazın hasilatını 6% artırıb

Azərbaycan əmtəəlik qazın hasilatını 6% artırıb
# 16 dekabr 2020 13:58 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,4 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 6,6% azalıb.

Dövlət Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 31,6 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 23,6 mlrd. kubmetr təşkil edib.

"Əmtəəlik neft hasilatı 7,8% azalmış, əmtəəlik qaz hasilatı isə 6,4% artıb", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR