Azərbaycan noyabrda gübrə idxalını kəskin artırıb

Azərbaycan noyabrda gübrə idxalını kəskin artırıb
# 29 dekabr 2020 17:27 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 96,148 mln. ABŞ dolları dəyərində 328 115,08 ton gübrə idxal edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötən ilin 11 bir ayı ilə müqayisədə dəyər ifadəsində 12,9% azdır, həcm ifadəsində isə 3% çoxdur.

Təkcə bu ilin noyabr ayı ərzində ölkə 9,466 mln. dollar dəyərində 32 919,84 ton gübrə idxal edib ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 36,5%, həcm ifadəsində isə 62,2% çoxdur.

Qeyd edək ki, hesabat dövründə gübrə idxalının ümumi idxalda payı 0,99% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,11 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR