Azərbaycan qızıl və gümüş istehsalını artırıb - CƏDVƏL

Azərbaycan qızıl və gümüş istehsalını artırıb - CƏDVƏL
# 17 aprel 2020 16:27 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 948,3 kq qızıl hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 1 193,6 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 73% artıb.

Məhsul növləri

2020-ci ilin yanvar-mart aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Mis filizləri və konsentratları, ton

559,6

109,3

Qiymətli metal filizləri və konsentratları, kq

2141,9

146,6

o cümlədən:

qızıl

948,3

123,0

gümüş

1193,6

173,0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR