Azərbaycan yanvar-noyabrda Türkiyə ərazisi ilə 191 mln. bareldən çox neft nəql edib

Azərbaycan yanvar-noyabrda Türkiyə ərazisi ilə 191 mln. bareldən çox neft nəql edib
# 29 dekabr 2020 14:10 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 191,56 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-noyabr aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 215,61 mln. barel neft nəql edilib.

Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə BTC vasitəsilə 235 243 min barel neft nəql edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 8,03% azdır.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft ixrac edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR