Azərbaycana gübrə idxalı iki dəfəyə yaxın artıb

Azərbaycana gübrə idxalı iki dəfəyə yaxın artıb
# 16 mart 2021 15:51 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 13,051 mln. ABŞ dolları dəyərində 56 923,92 ton gübrə idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk iki ayında Azərbaycana idxal edilən gübrənin həcmi 99,2%, dəyəri isə 58,7% artıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gübrə idxalı Azərbaycanın ümumi idxalının 0,81%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR