Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisinin istehsalı artıb

Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisinin istehsalı artıb
  • Clock-gray 14:46
  • calendar-gray 28 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 18 968,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% çoxdur.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkədə әmtәәlik 18 360,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib. Bu göstərici son bir ildə 4,7% artıb.

Cari ilin ilk doqquz ayında Azərbaycandakı su elektrik stansiyaları 874,4 mln. kVt-saat (-32,2%), istilik elektrik stansiyaları 17 375,5 mln. kVt-saat (7,7%), külәklә işlәyәn elektrik stansiyaları 73,2 mln. kVt-saat (-14,7%), günәş enerjisi ilә işlәyәn elektrik stansiyaları isə 37 mln. kVt-saat (8,8%) elektrik enerjisi istehsal edib.

APA-Economics

Digər xəbərlər