Azərbaycanda qızıl hasilatı yanvar-oktyabrda 4% azalıb, gümüş istehsalı 13% artıb - CƏDVƏL

Azərbaycanda qızıl hasilatı yanvar-oktyabrda 4% azalıb, gümüş istehsalı 13% artıb - CƏDVƏL
# 18 noyabr 2020 11:35 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 982 kq qızıl hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 4,1% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 3 645,5 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13,3% artıb.

Məhsul növləri

2020-ci ilin yanvar-oktyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Mis filizləri və konsentratları, ton

2 181,2

126,8

Qiymətli metal filizləri və konsentratları, kq

6 627,5

104,7

o cümlədən:

qızıl

2 982

95,9

gümüş

3 645,5

113,3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR