Azərbaycanda siqaret istehsalı kəskin artıb

Azərbaycanda siqaret istehsalı kəskin artıb
# 16 dekabr 2020 14:32 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 7 674,7 mln. ədəd papiros və siqaretlər və 4 189,3 ton fermentləşdirilmiş tütün istehsal edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin ilk on bir ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə fermentləşdirilmiş tütünün istehsalı 2,5% azalıb, papiros və siqaretlərin istehsalı isə 47,7% artıb.

Qeyd edək ki, kənd təsərrüfatı sektoru çərçivəsində 6 494 ton tütün istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR