Azərbaycanda tikinti materiallarının istehsalı azalıb - CƏDVƏL

Azərbaycanda tikinti materiallarının istehsalı azalıb - CƏDVƏL
# 21 yanvar 2021 09:58 (UTC +04:00)

2020-ci ildə Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 718,9 mln. manat olmaqla, 2019-cu il ilə müqayisədə 0,1% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, tikinti gipsinin istehsalı 64,6%, tikinti kərpicinin istehsalı 10,5%, hörmə üçün hazır beton qarışığının istehsalı 6,5% artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 5,3%, sementin istehsalı 7,5%, tikinti əhənginin istehsalı 23,1%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 35,7%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 38,7%, asfaltın istehsalı isə 57,8% azalıb.

Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:

Mәhsul növlәri

2020-ci ildə istehsal edilib

Әvvәlki ilə nisbәtәn, faizlә

Sement, min ton

3 226

92,5

Tikinti gipsi, min ton

24,2

164,6

ondan әmtәәlik

24

165,5

Tikinti әhәngi, min ton

34,3

76,9

Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton

50,9

61,3

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

48,3

94,7

Asfalt, min ton

177,7

42,2

Tikinti kәrpici, min kubmetr

499,3

110,5

Hörmә üçün hazır beton qarışığı, min ton

2 024,6

106,5

Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton

25 685,5

64,3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR