Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 13% artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 13% artırıb
# 16 mart 2021 12:56 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 14,5 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-fevralda günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 5,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (artım 12,8%).

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 279 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 2 ayı ilə müqayisədə 1,7% azdır. Ölkədə istehsal edilə edilən elektrik enerjinin 3 987,2 mln. kVt-saat istilik (2,2%-lik azalma), 134,6 mln. kVt-saat su elektrik (8,1%) stansiyaların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR