Azərbaycandan Türkiyədə TANAP-la 7,1 milyard kubmetr qaz nəql edilib

Azərbaycandan Türkiyədə TANAP-la 7,1 milyard kubmetr qaz nəql edilib
# 17 oktyabr 2020 15:39 (UTC +04:00)

Cari ilin 9 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3 faiz çox, yəni 7,9 milyard kubmetr qaz ixrac edilib.

Energetika Nazirliyindən APA-ya verilən məlumata görə, TANAP-la Türkiyəyə bu müddətdə 3,2 milyard kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin oktyabr ayının 1-dək isə TANAP-la Türkiyəyə təqribən 7,1 milyard kubmetr qaz nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR