Karbohidrogen hasilatının davam etdirilməsinə baxmayaraq, bu prosesin ətraf mühitə təsirinin azaldılması istiqamətində işlər aparılmalıdır.
"APA-Economics"in məlumatına görə, bunu "Baker Hughes" şirkəti tərəfindən Bakıda təşkil edilmiş "Energy Forward" adlı konfransında çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz deyib.
Onun sözlərinə görə, proqnozlara əsasən, 2040-cı ilə qədər dünyada enerji resurslarına tələbat 30% artacaq və sözügedən tələbatın ödənilməsi təmin edilməlidir.
"Buna baxmayaraq, qlobal iqlim dəyişiklikləri qarşımıza yeni çağırışlar qoyur", - deyə Q. Counz qeyd edib.
Onun fikrincə, bu çağırışlara cavab vermək üçün bu sahədə çalışan şirkətlər bir araya gəlməlidir.