"Balkan axını"nın tikintisi 2020-ci ilin sonunadək tamamlanacaq

"Balkan axını"nın tikintisi 2020-ci ilin sonunadək tamamlanacaq
  • Clock-gray 16:12
  • calendar-gray 01 İyun 2020

"Balkan axını" layihəsinin ("Türk axını" qaz boru kəmərinin Bolqarıstan hissəsi) icrası 2020-ci ilin sonuna qədər – vaxtından əvvəl tamamlanacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstanın Baş naziri Boyko Borisov Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşü zamanı bildirib.

B. Borisovun sözlərinə görə, qaz kəmərinin Bolqarıstan-Türkiyə sərhədindən Bolqarıstan-Serbiya sərhədinə qədər hissəsinin uzunluğu 474 kilometr təşkil edəcək. Kəmərin 280 kilometri artıq çəkilib, ondan da 150 kilometri qaynaqlanıb. Qaz kəmərinin tikintisi çərçivəsində iki qaz kompressor stansiyasının tikintisi nəzərdə tutulub.

Bununla yanaşı, Baş nazir koronavirus pandemiyası ilə bağlı böhranlı vəziyyətə baxmayaraq, qaz kəmərinin inşasının dayandırılmadığını vurğuladı.

Qeyd edək ki, "Türk axını" layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Sözügedən qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi isə Cənubi və Cənubi-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd. kubmetrdir.

Emil İsmayılov

Digər xəbərlər