"Brent" nefti 15%-dən çox bahalaşıb

"Brent" nefti 15%-dən çox bahalaşıb
  • Clock-gray 16:34
  • calendar-gray 03 Aprel 2020

"Brent" markalı neftin qiymətinin artımı davam edir. Qiymət artımı 15%-dən çox olub.

"APA-Economics"in məlumatına görə, Bakı vaxtı ilə saat 16:29-da "Brent" markalı neftin bir bareli üçün iyun fyuçerslərinin qiyməti 15,06% artaraq 34,45 ABŞ dolları təşkil edib.

WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 9,4% artaraq 27,7 dollara çatıb.

Emil İsmayılov

Digər xəbərlər