Gündəlik qlobal neft tələbatı 20 mln. barel azala bilər

Gündəlik qlobal neft tələbatı 20 mln. barel azala bilər
  • Clock-gray 10:56
  • calendar-gray 28 Mart 2020

Bu il gündəlik qlobal neft tələbatının 20 mln. barel azalacağı gözlənilir.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

Onun sözlərinə görə, qlobal neft tələbatı gündəlik 100 mln. barel təşkil edir. Bu həcmin 80%-i nəqliyyat sektorunda yanacaq kimi istifadə edilir.

Koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar bu gün dünyada 3 mlrd. insan sosial təcrid vəziyyətindədir, nəqliyyatdan istifadə azalıb və bunun nəticəsi kimi qlobal səviyyədə neftə olan tələbat azalmaqdadır.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date