Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb
# 20 iyul 2020 12:33 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 133 067,8 min ABŞ dolları dəyərində 934 956,9 ton qaz idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, yanvar-iyun ayları ərzində idxal edilən məhsulun dəyəri illik ifadədə 19,3% və ya 31 958,9 min dollar, həcmi isə 5,1% və ya 50 667,1 min ton azalıb.

Xatırladaq ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycandan 165 026,7 min dollar dəyərində 985 624 ton qaz idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR