Litvada neft terminalında qəza baş verib, neft məhsulları Baltik dənizinə axıb

Litvada neft terminalında qəza baş verib, neft məhsulları Baltik dənizinə axıb
# 28 dekabr 2020 15:24 (UTC +04:00)

Litvada neft terminalındakı qəza zamanı Baltik dənizinin təxminən bir kvadrat kilometr ərazisi neft məhsulları ilə çirklənib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Litvanın ətraf mühit naziri Simonas Gentvilas deyib.

Məlumata görə, neft məhsullarının suya axması yükləmədə istifadə edilən xortum qolunun qırılması nəticəsində baş verib. Qəza bazar ertəsi Litvanın Butinge şəhərində yerləşən neft terminalında alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR