Naxçıvanda elektrik enerjisinin istehsalı ötən il 1,4% artıb

Naxçıvanda elektrik enerjisinin istehsalı ötən il 1,4% artıb
  • Clock-gray 10:55
  • calendar-gray 11 Mart 2021

2020-ci ildə Naxçıvan Muxtar Respublikasında 424,41 mln. kVt-saatdan çox elektrik enerji istehsal olunub ki, bu da 2019-cu il ilə müqayisədə 1,4% çoxdur.

"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il muxtar respublika üzrə istehsal olunan elektrik enerjinin 226,34 mln. kVt-saatı (53,3%-i) istilik elektrik stansiyalarından, 157,7 mln. kVt-saatı (37%-i) su elektrik stansiyalarından, 40,94 mln. kVt-saatı (9,7%-i) isə günəş elektrik stansiyalarından  əldə olunub. 2019-cu il ilə müqayisədə il ilə müqayisədə istilik və günəş elektrik stansiyalarında istehsal olunan enerjinin həcmi müvafiq olaraq 21,2% və 9,2% artıb, su elektrik stansiyaları üzrə isə 18,8% azalıb.

Ötən il muxtar respublika üzrə alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalının həcmi ümumi istehsalın 46,7%-ni təşkil edib ki, bu da bir il öncəki göstəricidən 8,7 faiz bəndi azdır.

Hüseyn Vəliyev

Digər xəbərlər