Pandemiya təbii qaza olan qlobal təlabatı 3% azaldacaq

Pandemiya təbii qaza olan qlobal təlabatı 3% azaldacaq
  • Clock-gray 16:49
  • calendar-gray 11 Noyabr 2020

COVID-19 pandemiyası enerji bazarında təklifin tələbi üstələməsinə gətirib çıxarıb və hazırda pandemiya səbəbindən təbii qaza olan qlobal tələbatın ən azı 3% azalacağı gözlənilir.

"APA-Economics"in məlumatına görə, bunu Əlcəzairin energetika naziri, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Nazirlər görüşünün sədri Əbdülməcid Attar GECF-in "COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri" mövzusunda Nazirlərin Dəyirmi Masasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, təbii qazın qiyməti təzyiq altında qalacaq və qiymət azalması davam edəcək.

Ə. Attar qeyd edib ki, neft bazarından fərqli olaraq, qaz bazarının iştirakçılarının birgə əməkdaşlığı ilə bazara stabilliyin gətirilməsi hələlik qeyri-mümkündür və belə bir mexanizm ümumiyyətlə mövcud deyil. Lakin nazir əlavə edib ki, hazırkı böhran potensial mexanizmlər üzərində işləmək üçün əla fürsətdir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər