"Petkim" tibb məhsulları üçün xammal istehsalını artırıb

"Petkim" tibb məhsulları üçün xammal istehsalını artırıb
# 01 aprel 2020 15:01 (UTC +04:00)

Yeni növ koronavirusun (COVID-19) yayılması səbəbindən Türkiyədə yerləşən "Petkim" neft-kimya kompleksi (əsas payı SOCAR məxsusdur – red.) tibbi ləvazimatı və qablaşdırması üçün lazım olan xammalın istehsalına diqqətini gücləndirib. Müəssisə tələbatı fasiləsiz ödəmək üçün çalışır. Bu barədə "APA-Economics" "SOCAR Turkey" şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, bundan başqa, neft-kimya kompleksi son zamanlar çox ehtiyac duyulan maska və kombinezon istehsalı üçün bütün xammal tələbatını ödəyir.

Hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir. Türkiyə sanayesini xammalla təchiz edən "Petkim"in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR