“Rosneft” neft tədarükü üzrə bütün müqavilə öhdəliklərini yerinə yetirəcək

“Rosneft” neft tədarükü üzrə bütün müqavilə öhdəliklərini yerinə yetirəcək
# 29 may 2020 12:55 (UTC +04:00)

Rusiyanın “Rosneft” şirkəti “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində hasilatın azaldılmasına baxmayaraq, neft tədarükü üçün bağlanmış müqavilələr üzrə bütün öhdəliklərini yerinə yetirəcək.

APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Rosneft" in rəhbəri İqor Seçinə istinadən xəbər verir.

“”Rosneft” şübhəsiz ki, Rusiya və beynəlxalq tərəfdaşları qabağında neft və neft məhsullarının tədarükü üçün bağlanmış müqavilələr üzrə bütün öhdəliklərini yerinə yetirəcək”, - deyə, İ. Seçin qeyd edib.

Xatırladaq ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR