Rövnəq Abdullayev “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri seçilib

Rövnəq Abdullayev “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri seçilib
# 24 dekabr 2020 00:23 (UTC +04:00)

SOCAR Türkiyə və Qrup şirkətlərindən Petkim Petrokimya Holding A.Ş. və STAR neft emalı zavodunun rəhbərliyində yüksək səviyyədə dəyişiklik olub.

SOCAR-dan APA-ya verilən məlumata görə, Rövnəq Abdullayev dekabr ayından etibarən SOCAR Türkiyə ilə yanaşı, şirkətin törəmə müəssisələri olan Petkim və STAR NEZ-in İdarə Heyəti sədri vəzifələrini icra etməyə başlayıb.

Türkiyənin ən böyük xarici investoru olan SOCAR-ın Türkiyədəki əməliyyatlarına Rövnəq Abdullayev rəhbərlik etməyə başlayıb. Vaqif Əliyevdən səlahiyyətləri təhvil alan Rövnəq Abdullayev İdarə Heyətinin sədri seçilib. Rövnəq Abdullayev hazırda icra etdiyi SOCAR prezidentliyi vəzifəsinə də davam edəcək.

Vaqif Əliyevin isə SOCAR Türkiyə və törəmə müəssisələrindəki vəzifəsi İdarə Heyəti Sədrinin müavini kimi davam edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qarşıdakı dövrlə əlaqədar biznesin inkişafı planında Türkiyədəki fəaliyyətlərin daha da genişləndirilməsi nəzərdə tutulur. Türkiyə və Avropanın təbii qaz təchizatı təhlükəsizliyinə töhfə verəcək ən mühüm layihələrdən biri olan TANAP-ın da İdarə Heyəti sədrliyini yerinə yetirən Rövnəq Abdullayev SOCAR-ın Azərbaycanın hüdudlarından kənarda ən böyük investisiyalarının yatırıldığı Türkiyə əməliyyatlarına da rəhbərlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR