Rusiya rekord həcmdə qaz ehtiyatları toplayıb

Rusiya rekord həcmdə qaz ehtiyatları toplayıb
  • Clock-gray 17:05
  • calendar-gray 29 Oktyabr 2020

Bu ilin oktyabr ayının sonuna Rusiyanın yeraltı qaz anbarlarında (underground gas storage – UGS) rekord həcmdə "mavi yanacaq" ehtiyatları yığılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Gazprom UGS" şirkətinin açıqlamasında deyilir.

Şirkətin məlumatına görə, hazırda yeraltı qaz anbarlarında 72,322 mlrd. kubmetr qaz mövcuddur. 23 anbarın hamısının soyuqların başlanmasına və hava şəraiti ilə əlaqəli vahid qaz təchizatı sistemindəki pik yüklərə hazır olduğu bildirilir. Hazırda ehtiyatlar gözləmə rejimindədir.

APA-Economics

Digər xəbərlər