"Şahdəniz"də qaz və kondensat hasilatı artıb

"Şahdəniz"də qaz və kondensat hasilatı artıb
  • Clock-gray 10:44
  • calendar-gray 16 Noyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 13,3 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9% çoxdur.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövrü yataqda 2,7 mln. ton (21,6 mln. barel) kondensat hasil edilib ki, bu da illik müqayisədə 3,85% artım deməkdir. 

Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından aparılıb.

Hesabata əsasən, 2020-ci ilin ilk üç rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə 620 mln. ABŞ dolları yaxın əməliyyat xərcləri və 719 mln. dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Emil İsmayılov

Digər xəbərlər