"S&P": Bu il neftin orta qiyməti 60 dollar təşkil edəcək

"S&P": Bu il neftin orta qiyməti 60 dollar təşkil edəcək
# 18 mart 2021 12:09 (UTC +04:00)

"S&P Global Ratings"in ("S&P") beynəlxalq reytinq agentliyinin yenilənmiş proqnozlarına əsasən, "Brent" markalı neftin 1 barelə olan orta qiyməti bu il 60 ABŞ dolları təşkil edəcək.

"APA-Economics"in "S&P"ə istinadən verdiyi məlumata görə, agentlik 2022-ci ildə sözügedən markalı neftin qiymətinin həmin səviyyədə qalacağını güman edir. 2023-cü ildə isə bu göstəricinin 55 dollara enəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq agentliyi də "Brent" və WTI markalı neftin qiymətləri üzrə proqnozlarını yüksəldib. Beləki, 2021-ci il üçün "Brent" markalı neftin 1 barelinin qiymət proqnozu agentlik tərəfindən 45 ABŞ dollarından 58 dollara qədər yüksəldilib, WTI markalı neftin qiyməti üzrə gözləntilər isə bu il üçün 42 dollardan 55 dollaradək artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR