Səudiyyə Ərəbistanı neft qiymətlərinin azalmasından bu il 27 mlrd. dollar itirəcək

Səudiyyə Ərəbistanı neft qiymətlərinin azalmasından bu il 27 mlrd. dollar itirəcək
  • Clock-gray 10:25
  • calendar-gray 13 Noyabr 2020

Neft qiymətlərinin kəskin enməsi səbəbindən Səudiyyə Ərəbistanının 2020-ci ilin dövlət büdcəsində 100 mlrd. riyaldan çox (27 mlrd. ABŞ dollarından çox) vəsait çatışmazlığı yaranacaq.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə krallığın vəliəhdi Məhəmməd bin Salman bildirib.

Onun sözlərinə görə, ötən il təqdim olunan 2020-ci ilin büdcə proqnozuna əsasən, gəlirlərin 833 mlrd. riyal (222 mlrd. dollardan çox) olacağı gözlənilirdi ki, bunun da 513 mlrd. riyalı (təqribən 136,7 mlrd. dollar) neft gəlirlərinin payına düşürdü: "Bu il neft qiymətlərinin çökməsindən sonra neft gəlirləri təxminən 410 mlrd. riyaladək (109 mlrd. dollardan çox) enib".

Emil İsmayılov

Digər xəbərlər