TAP konsorsiumu təbii qaz və hidrogen qarışığının kəmərlə daşınmasının mümkünlüyünü qiymətləndirir

TAP konsorsiumu təbii qaz və hidrogen qarışığının kəmərlə daşınmasının mümkünlüyünü qiymətləndirir
# 08 dekabr 2020 16:02 (UTC +04:00)

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) konsorsiumu təbii qaz və hidrogen qarışığının daşınmasının texniki cəhətdən mümkünlük dərəcəsini qiymətləndirir.

"APA-Economics"in "Euractiv"ə istinadən verdiyi məlumata görə, bu barədə TAP-ın xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov bildirib.

Onun sözlərinə görə, hidrogen karbonlaşma cəhətdən neytral gələcəyə nail olmaq istiqamətində vacib bir elementdir və konsorsium bu məsələni aktiv şəkildə izləyir. Xüsusilə kəmərin genişləndirilməsi məsələsi nəzərə alınaraq, hidrogenə olan potensial tələbatı və yeni avadanlığın layihələndirilməsi cəhətdən müvafiq göstəriciləri nəzərə alınması vacib sayılır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqli bu ilin sonunda başlayacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR