ABŞ-da neft hasilatı pandemiyadan əvvəlki səviyyəyə gələn il çatacaq

ABŞ-da neft hasilatı pandemiyadan əvvəlki səviyyəyə gələn il çatacaq
# 12 yanvar 2022 16:44 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ölkədə 2023-сü il üçün ortalama gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb.

"APA-Economics" EIA-in aylıq hesabatına istinadən verdiyi xəbərə görə, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 12,41 mln. barel olacağı ehtimal olunur.

Hesabata əsasən, cari il ABŞ da gündəlik neft hasilatının 11,8 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 11,85 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Qeyd olunur, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,16 mln. barel təşkil edib ki, bu da ötən proqnozdan 0,02 mln. barel azdır.

Xatırladaq ki, EIA-in hesablamalarına görə, ötən il ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, ABŞ neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyadan əvvəlki səviyyəni 2023-cü ildə ötəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR